“Rəvan”ın 219 gün gözlədiyi qələbə
21.12.2011 - 10:23
“Rəvan” Premyer Liqada ilk ev qələbəsini qazandı. Apasport.az saytının məlumatına görə, debütant buna ilin son matçında – dekabrın 20-də XVIII turun AZAL-la görüşündə 3:1 hesablı qələbə ilə nail oldu. Bakılılar bunadək “Dalğa Arena”da keçirdiyi 8 ev oyununda qalib gələ bilməmişdi. 9-cu matçda istəyinə çatan “Rəvan”ın təsnifat mərhələsində “Turan” və “Qəbələ” ilə ev oyunları qalıb.
Debütant sonuncu ev qələbəsini isə ötən mövsüm I divizionda çıxış etdiyi zamanı qazanmışdı. Bu, son turda mayın 15-də Qazaxın “Göyəzən” klubunu 2:1 hesabı ilə yendiyi matç idi. Həmin vaxt komanda rəqiblərini “Şəfa” stadionunda qəbul edirdi və onda da baş məşqçisi Vladislav Qədirov idi. Komandaya I divizionda 2-ci yerin sahibi kimi gümüş medal və Premyer Liqaya vəsiqə qazandıran Qədirov postuna Premyer Liqanın VII turunda - sentyabrın 23-də “Turan”a səfərdə 1:0 hesabı ilə qalib gəldiyi matçda qayıtdı. “Rəvan” isə 219 gündən sonra evdə qələbəyə sevindi.
Qeyd edək ki, “Rəvan”ın Premyer Liqada ilk baş məşqçisi olan Bəhmən Həsənov uğursuz startdan, 3 xal qazandıqdan sonra VI turda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərliyin ardından istefa verdi.
Mehman SÜLEYMANOV

0
0