Berti Foqts 111 illiyin “11-liy”ində
21.12.2011 - 11:21
Berti Foqts 111 illiyin “11-liy”ində
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun rəmzi yığması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1900-cu ildə yaranan klubun 111 illik tarixinin ən yaxşı 11 futbolçusundan ibarət komanda tərtib olunub. Arzuların komandasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da yer alıb. 1965-1979-cu illərdə şərəfini qoruduğu komandanın həmin qızıl dövründə qazandığı bütün uğurlarda rolu olan sabiq müdafiəçi rəmzi yığmanın arxa xəttində yer alıb.

Qeyd edək ki, Foqts 419 oyun keçirməklə mütləq rekordçusu olduğu “Borussiya” ilə 5 ölkə çempionluğu, 2 UEFA kuboku və Almaniya kubokunu qazanıb.