Banişevskinin komanda yoldaşı dünyasını dəyişdi
21.12.2011 - 16:55
Banişevskinin komanda yoldaşı dünyasını dəyişdi
Kiyev “Dinamo”sunun və SSRİ yığmasının əfsanəvi qapıçısı Yevgeni Rudakov vəfat edib. Apasport.az saytının məlumatına görə, veteran futbolçu bu gün 70 yaşında dünyasını dəyişib. Yevgeni karyerasında əsas uğurları “Dinamo”nun heyətində qazanıb. Belə ki, qapıçı 7 dəfə SSRİ çempionu, 3 dəfə SSRİ kubokunun qalibi olub. Rudakov Kiyev klubunun heyətində 1975-ci ildə Kuboklar kubokunun və UEFA Superkubokunun qalibi olub. Ukraynalı 1971-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu və qapıçısı adına layiq görülüb.

Yevgeni 1972-ci ildə SSRİ yığmasının heyətində 1972-ci ildə Olimpiadanın bürünc medalını və Avropa çempionatının gümüş mükafatını qazanıb. O, sonuncu yarışda əfsanəvi hücumçumuz Anatoli Banişevski ilə komanda yoldaşı olub.

Qeyd edək ki, qapıçı ilə vida mərasimi dekabrın 23-də saat 11:00-da Kiyevdə olacaq.
0