Cüneyt Biçər: Onlar bütün göstərişləri dəqiq yerinə yetirdilər
21.12.2011 - 18:18
“Göstərdiyi gözəl oyuna və qələbəyə görə futbolçulara təşəkkür edirəm. “Bakı” güclü komandadır. Fikrimcə, çox maraqlı qarşılaşmanın şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.
Premyer Liqada ili böyük hesablı qələbə ilə başa vuran türkiyəli çalışdırıcı keçmiş komandası “Bakı”nı yendi – 3:0.
Biçər Lənkərandakı oyunda yetirmələrindən razı qalıb: “Futbolçularım bütün göstərişlərimi meydanda dəqiq yerinə yetirdilər. Nəticədə böyük hesabla qalib gəldik. Komandamızın daha da yaxşı oynaması üçün zamana ehtiyacı var”.

0
0