Daha bir həmyerlimiz “Barselona” yolunda - FOTO
22.12.2011 - 00:01
Daha bir həmyerlimiz “Barselona” yolunda - FOTO
UEFA tərəfindən Azərbaycanda keçirilən “Pro” lisenziyalı kursların iştirakçısı olan Vladislav Qədirovun təcrübə keçəcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis “Qalatasaray” (Türkiyə) və “Barselona” (İspaniya) arasında seçim edib.

Qədirov “Barselona” variantına üstünlük verib ki, “Rəvan” tərəfindən Kataloniya təmsilçisinə ünvanlanmış məktub müsbət cavablandırılıb.

Premyer Liqada fasilə yarandığı üçün Qədirov yanvarın 10-dan 19-dək “Barselona”nın düşərgəsində olacaq. O, əsas komandanın iki məşqini izləyəcək və Xosep Qvardiola ilə tanış olacaq. Eyni zamanda, Qədirov “Barselona”nın İspaniya Kubokunda, eləcə də Primeroda 1 oyununa tamaşa edəcək.

Məlumat üçün deyək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu klubun düşərgəsində təcrübə keçəcək. Təqribən eyni vaxta təsadüf edəcək təcrübə üçün məşqçilər səfərə ayrı-ayrılıqda yollanacaqlar. Qədirov yalnız tərcüməçinin köməyindən istifadə edəcəyini bildirib.