Azərbaycan klubu ukraynalı müdafiəçini bəyənmədi
23.12.2011 - 10:52
Azərbaycan klubu ukraynalı müdafiəçini bəyənmədi
Ukraynanın “Desna” klubunun futbolçusu Vladimir Çulanovun Azərbaycan komandalarından birinə keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi bu yaxınlarda ölkəmizə dəvət olunsa da, sonda vətəninə qayıtmalı olub.

“Desna” ilə yanaşı, “Gelios” və “Sevastopol”da da oynamış arxa xətt oyunçusu adı açıqlanmayan klubumuzda baxışda olub. Lakin ukraynalı bəyənilməyərək geri qayıdıb. Bu məlumatı “Desna”nın baş məşqçisi Aleksandr Deriberin açıqlayıb: “Azərbaycana baxışa yollanan Çulanov yenicə düşərgəmizə qayıdıb. Düşünürəm ki, o, dekabrın 26-dakı matçda komandamıza kömək edə biləcək”.

Qeyd edək ki, Çerniqov təmsilçisi “Desna” Ukrayna çempionatının II dəstəsinin A qrupunda mübarizə aparır.