Berti Foqtsa rəqib tapıldı
23.12.2011 - 18:03
Berti Foqtsa rəqib tapıldı
Azərbaycan milli komandasının 2014-cü il seçmə mərhələsində rəqibi olan Şimali İrlandiya yığması baş məşqçi problemini həll edir. Apasport.az saytının məlumatına görə, ötən seçmə mərhələ bitəndə Naycel Uortinqtonun istefasından sona yeni çalışdırıcı axtaran rəqibimiz yerli mütəxəssis Maykl O’Nilin təyinatını reallaşdırmağa hazırlaşır.

BBC-in yaydığı məlumatda bildirilir ki, Avroliqanın qrup mərhələsinin iştirakçısı olan Şimali İrlandiyanın “Şemrok Rovers” klubunun sabiq baş məşqçisi ölkəsinin yığmasına rəhbərlik etməklə bağlı rəsmi təklif alıb. Əgər heç bir problem olmazsa, tərəflər gələn həftə müqavilə imzalayacaqlar.

Qeyd edək ki, millimiz Şimali İrlandiya ilə ilk oyununu gələn ilin noyabrın 14-də səfərdə, növbəti matçını 2013-cü ilin oktyabrın 11-də evdə keçirəcək.
0