“Foqts məni yığmaya çağırmasa belə, həvəsdən düşmürəm”
25.12.2011 - 00:12
“İlin ikinci hissəsi mənim üçün yaxşı keçdi. Kiçik zədələrə baxmayaraq, daim oynadım. Qollar vurmasam da, ötürmələr etdim. Mənim işim məhz hücumçuları topla təmin etmək idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Kaxaber Sxadadzenin rəhbərliyi altında 2 klubda – “Standard” və “İnter”də oynamış Məmmədov heç cür milli komandanın baş məşqçisi Berti Foqtsun rəğbətini qazana bilmir.
Halbuki, futbolçu başa çatmaqda olan il üçün əsas məqsəd kimi milliyə dəvət olunmağı hədəfləmişdi. Görəsən, arzular niyə həyata keçmədi?
Məmmədovun fikrincə, yığma onun üçün yad yer deyil: “Vaxtilə olimpiya yığmasının kapitanı da olmuşam. Foqts məni bu il yığmaya çağırmasa belə, həvəsdən düşmürəm. Əsas məqsədim bir nömrəli komandanın formasını geyinməkdir”.

0
0