Ən yaxşı 5 qapıçı
28.12.2011 - 10:41
Ən yaxşı 5 qapıçı
Dünyanın 5 ən yaxşı qapıçısının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşhur ESPN şirkətinin portalı planetin ən yaxşılarını müəyyənləşdirib. 2011-ci ilin ən yaxşıları sırasına Almaniya milli komandasının və “Bavariya”nın qapıçısı Manuel Noyer, İspaniya yığması və “Real”ın qolkiperi İker Kasilyas, İngiltərə millisi və “Mançester Siti”nin üzvü Co Hart kimi tanınmış qapıçılar yer alıb. Onlarla yanaşı bu məşhurlarla müqayisədə kölgədə olan Vyaşeslav Malafeyev (Rusiya, “Zenit”) və Uqo Loris (Fransa, “Lion”) də ən yaxşılar sırasındadır.