Elmir Əliyev istefaya göndərilir, “Kəpəz” çıxışını davam etdirir
28.12.2011 - 13:23
“Kəpəz” Premyer Liqamızın cari mövsümündə çıxışını davam etdirəcək. Apasport.az saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin yubiley – XX çempionatı yarımçıq tərk edəcəyinə imkan verilməyəcək.
Bu gün “Kəpəz”in fəaliyyətini dayandırması barədə xəbərlər yayılsa da, əslində, bunu komandanın hazırkı prezidenti Elmir Əliyev istəyib. Amma Gəncə Regional Futbol Federasiyasının rəhbəri, Milli Məclisin üzvü Xanlar Fətiyevin məsələyə müdaxiləsindən sonra komandanın dağılmasının qarşısı alınır. Komanda ətrafında son vaxtlar yayılan xoşagəlməz hadisələrə isə Əliyevin qeyri-peşəkarlığı göstərilir.
Bu səbəbdən Elmir Əliyev postundan istefaya göndəriləcək. Yeni prezidentin adına yaxın günlərdə keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək.
Məsələ ilə bağlı əməkdaşımız Xanlar Fətiyevlə əlaqə saxlayıb. Amma deputat hələlik açıqlama vermək fikrində olmadığını söyləyib.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqamızın qış fasiləsinə 10-cu yerdə çıxıb.

0
0