Rəqibimiz yeni baş məşqçinin təyinatını rəsmiləşdirdi
29.12.2011 - 10:12
Rəqibimiz yeni baş məşqçinin təyinatını rəsmiləşdirdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Şimali İrlandiya yığmasının yeni baş məşqçisinin təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu post 42 yaşlı Martin O’Nilə tapşırılıb. Onun təyinatı Şimali İrlandiya Futbol Assosiasiyasının rəhbərliyinin növbəti yığıncağında reallaşıb. Bunadək İrlandiyanın “Şemrok Rovers” klubunda çalışan yerli mütəxəssis fevralın 1-dən işə başlayacaq. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, millimiz Şimali İrlaniya ilə ilk oyununu bu ilin noyabrında səfərdə keçirəcək.
0