Araz Abdullayev danışdı
04.01.2012 - 13:00
“Dekabrın 28-dən “Panionios”un düşərgəsindəyəm. “Neftçi”də futbolçular qış fasiləsinə çıxıb istirahət edirlər. Mən isə istirahət etmədən Yunanıstan klubuna keçdim”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan Superliqasında debüt edən Araz Abdullayev deyib.
“Panionios”un heyətində “Asteras Tripolis”la oyundan sonra təəssüratlarını açıqlayan Abdullayev bildirib ki, Yunanıstanda özünü doğrultacağına inanır: “Yorğun olmağıma baxmayaraq, qısa bir müddətdə müqavilə bağlamaqla yanaşı, özümü doğrultmalı idim. Bakıda olarkən “Neftçi”nin prezidenti Sadıq Sadıqov məni qəbul edərkən “sən tək “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edəcəksən, bunu heç zaman unutma” - deyə tövsiyə etdi. Qısa bir müddətdə Yunanıstan çempionatında debüt etdiyim üçün yaradılan şəraitə görə Sadıq müəllimə, “Panionios” klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Buradakı şərait məni tam qane edir. Çalışacağam ki, özümü yalnız yaxşı tərəfdən göstərib xalqımızı sevindirim”.
Qeyd edək ki, Abdullayevin debüt oyununda “Panionios” “Asteras Tripolis”ə 2:0 hesabı ilə qalib gəlib.

0
0