“Bakı”nın yeni bazası – FOTOSESSİYA
04.01.2012 - 22:10
"Bakı" ötən ilin son günlərində misli-bərabəri olmayan layihəyə start verdi. Özündə bir çox idman növlərini birləşdirən İdman klubuna çevrilən "Bakı" yeni ilin ilk günlərindən klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyətə başladı.
Klubun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyuldu. Artıq inşa olunaraq idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrasına başlandı.
Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yeni futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standartlarına cavab verən universal qapalı idman zalı inşa olunacaq. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq.
Yaxın aylarda layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 3000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi reallaşacaq.
Klub qarşısında ilkin vəzifə olaraq "Bakı"nın geniş fəaliyyət spektrli idman klubuna transformasiyası, istər olimpiya, istərsə də, digər idman növlərini özündə birləşdirəcək aparıcı bir quruma çevrilməsi qoyulub. İnfrastruktur və ən müasir texniki vəsaitlərlə təchiz olunacaq idman klubuna təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunacaqlar.

0
0