“Qırmızı vərəqə göstərdiyi epizodda hakim yersiz həyəcanlandı” - FOTO
05.01.2012 - 00:00
“Qırmızı vərəqə göstərdiyi epizodda hakim yersiz həyəcanlandı”  - FOTO
Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turnirinin ilk turunda millimiz üzərində 7:0 hesablı qələbə qazanan Finlandiya yığmasının (U-19) baş məşqçisi Kimmo Lipponen oyunla bağlı fikirlərini açıqlayıb.

Apasport.az saytının xəbərinə görə, finlandiyalı çalışdırıcı bildirib ki, baş hakimin azərbaycanlı futbolçuya qırmızı vərəqə göstərməsi matçın dönüş nöqtəsi oldu: “Hər dəfə buraya gələndə, turnirin miqyası və yüksək səviyyədə təşkili bizi heyran qoyur. Bu il format dəyişib və məncə, turnir daha maraqlı xarakter alıb.

Oyunun ilkin təhlilini aparsaq, düşünürəm ki, qırmızı vərəqə göstərdiyi epizodda hakim yersiz həyəcanlandı. Azərbaycan yığmasının azlıqda qalması, bu oyunda həlledici rol oynadı”.