Vəli Qasımovdan əcaib açıqlama
05.01.2012 - 00:01
“Finlandiya yığması güclü rəqibdir. Lakin qırmızı vərəqə olmasaydı, nümayiş etdirdiyimizdən daha yaxşı oyun göstərə bilərdik”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
Millimiz Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turnirinin ilk turunda Finlandiyaya böyük hesabla uduzub – 0:7. Görüşlə bağlı fikirlərini açıqlayan Qasımov bildirib ki, futbolçumuzu meydandan kənarlaşdırmaq üçün hakimin ciddi əsası yox idi: “Sonra isə…
Azarkeşlər yaxşı oyuna baxmaq istəyirdilər. Amma bir komandanın ifasında şou izlədilər. Əlbəttə, 0:7 üzücü nəticədir. Amma məşqçilərimdən biri demişkən, 1 dəfə 0:7 hesabı ilə uduzmaq, 7 dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdır”.

0
0