Ernad Skuliç “Xəzər Lənkəran”dan çox pul istədi
05.01.2012 - 00:12
Çempionluğa iddialı “Xəzər Lənkəran” qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın türkiyəli baş məşqçisi Cüneyt Biçər heyətə özünə tanış simanı qatmağı planlaşdırır.
Belə ki, Biçər “Bakı”da baş məşqçi olarkən rəhbərliyi altında oynamış xorvatiyalı dayaq yarımmüdafiəçisi Ernad Skuliçin xidmətində maraqlıdır. Amma Skuliç cənub təmsilçisindən daha çox pul istədiyindən, ilkin danışıqlar hələlik müsbət nəticələnməyib.
Bununla belə, tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi istisna olunmur.

0
0