“Kəpəz” məşqlərə başlayır
05.01.2012 - 00:16
“Kəpəz” məşqlərə başlayır
Premyer Liqada oynamaqdan imtina etdiyini açıqlayan “Kəpəz” klubunda vəziyyət yaxşıya doğru dəyişib. Apasport.az saytının məlumatına görə, sponsorların maddi dəstək verməməyi ucbatından buraxılan komanda yenidən “dirilib”.

Ötən ilin son günlərində fəaliyyətini dayandırdığını rəsmən bəyən edən “Kəpəz” yeni ilin ilk günlərində futbolçularının maaşlarını verib.

Dünən isə futbolçular növbəti şad xəbərə seviniblər. Belə ki, Premyer Liqadan imtinası müzakirə olunan “Kəpəz” klubunun bir araya gələcəyi tarix müəyyənləşib.

Autsayderlər qrupunda qərarlaşan “Kəpəz” yanvarın 10-da Gəncədə toplanacaq. Artıq bu barədə bütün yerli və əcnəbi futbolçulara məlumat verilib.

Hazırlığa başlamaq isə “Kəpəz”in yoluna davam edəcəyinə işarə verir.