Araz Abdullayevin komanda yoldaşı Premyer Liqanın tarixinə düşdü
05.01.2012 - 09:37
İngiltərənin “Everton” klubunun qapıçısı Tim Hovard Premyer Liqanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının qolkiperi “Bolton”la qarşılaşmanın 63-cü dəqiqəsində rəqibin qapısına qol vurub. Öz cərimə meydançasından endirdiyi güclü zərbə ilə fərqlənən Tim Premyer Liqa tarixində qol sevinci yaşayan 4-cü qapıçı olub. Lakin Hovardın hesabı açması Azərbaycan milli komandasının müqavilə ilə məxsus olduğu komandaya kömək etməyib. Nqoq və Kexill “Bolton”a qələbə qazandırıblar – 2:1.
Qeyd edək ki, Hovarda qədər Peter Şmeyxel, Bred Fridel və Pol Robinson Premyer Liqada qol sevinci yaşamışdı.
Qeyd edək ki, Hovarda qədər Peter Şmeyxel, Bred Fridel və Pol Robinson Premyer Liqada qol sevinci yaşamışdı.
0
0