Premyer Liqamızın ən yaşlı futbolçusu karyerasını bitirdi
05.01.2012 - 09:43
“Sumqayıt” və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aqil Məmmədov futbolçu karyerasını rəsmən başa vurub. Apasport.az saytının məlumatına görə, 40 yaşlı futbolçu bundan sonra Sumqayıt təmsilçisinin 15 yaşadək futbolçulardan ibarət komandasında baş məşqçi kimi fəaliyyət göstərəcək.
Premyer Liqanın ən yaşlı oyunçusu klubunun rəsmi saytına bildirib ki, bu qərarı vermək heç də asan olmayıb: “Futbolçuya böyük futboldan ayrılmaq çox çətindir. Kövrəlmədim desəm, yalan olar. Hələ ötən ay bu qərarı vermişdim. Düşünürəm ki, özümü məşqçi kimi göstərə bilərəm. “Sumqayıt” böyük layihədir. Mən bu ailədən ayrılmıram. Klubun rəhbərliyi ilə görüşüm oldu. Onlar mənə müxtəlif variantlar təklif etdi. Mən isə aşağı yaş qruplarında çalışmaq istəyimi onlara bildirdim. Beləliklə, “Sumqayıt”ın 15 yaşadək futbolçulardan ibarət komandası mənə həvalə olundu. Bu işin öhdəsindən gələcəyimə inanıram”.
“Sumqayıt”ın 15 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edən Vəfadar Quliyevin isə Futbol Akademiyasının digər yaş qrupunda çalışacağı gözlənilir.
Qeyd edək ki, cari mövsümdə bunadək “Sumqayıt”ın oynayan məşqçisi, 38 yaşlı Aslan Kərimov karyerasını rəsmən bitirmişdi.

0
0