2012-ci ilə antirekordla
05.01.2012 - 10:27
2012-ci ilə antirekordla
Tarixində 4-cü dəfə Valentin Qranatkinin xatirə turnirinə qatılan Azərbaycan milli komandası antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Finlandiyaya 0:7 hesabı ilə uduzan yığmamız Rusiyanın Sankt-Peterburq şəhərində ən böyük hesablı məğlubiyyətini alıb.

İndiyədək bu turnirdə 12 oyun keçirən millimiz cəmi 1 dəfə böyük hesabla uduzmuşdu. Bu, ötən il Çinlə görüşdə baş vermişdi. Lakin asiyalılar daha rəhmli olub, cəmi 3 dəfə yığmamızı məyus etmişdi.

Millimizin Qranatkin turnirindəki bütün oyunları

05.01.2009 Belarus 0:1
07.01.2009 Rusiya 0:2
09.01.2009 Çili 1:0
11.01.2009 Latviya 2:0 (7-ci yer uğrunda)
04.01.2010 Ukrayna 1:1
06.01.2010 Türkiyə 1:2
08.01.2010 Finlandiya 1:1
10.01.2010 Özbəkistan 1:1, pen. 4:3 (5-ci yer uğrunda)
03.01.2011 Ukrayna 1:1
05.01.2011 Belarus 0:0
07.01.2011 Çin 0:3
09.01.2011 İtaliya 2:2, pen. 5:3 (7-ci yer uğrunda)
04.01.2012 Finlandiya 0:7