Yığmamızdan çətin qələbə
05.01.2012 - 20:47
Yığmamızdan çətin qələbə
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə II turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan 19 yaşadək futbolçulardan ibarət milli komandamız Sankt-Peterburq yığması ilə qarşılaşıb.

İlk oyununda Finlandiyadan 0:7 hesablı məğlubiyyət alan komandamız qrup mərhələsini qələbə ilə başa vurmağı bacarıb.

İlk yarının son dəqiqələrində Samir Yusiflinin penaltidən vurduğu qolla komandamız fasiləyə üstün yollanıb. Millimiz ikinci hissəyə də qolla başlayıb. Bu dəfə Ruslan Nəsirli fərqlənib.

Ruslar bu qollardan birinin əvəzini çıxsalar da, məğlubiyyətdən yaxa qurtara bilməyiblər.



II tur, B qrupu

AZƏRBAYCAN – SANKT-PETERBURQ - 2:1
Qollar: S.Yusifov, 45 – pen., R.Nəsirli, 62 // V.Yefimov, 70
Baş hakim: Oleq Zlıqostyev
Sarı vərəqə: S.Yusifov, 69, A.Abbasov, 90 // İ.Terentyev, 87

AZƏRBAYCAN: 12. Rəşad Əzizov, 2. Tural Hümbətov, 3. Azər Abbasov, 4. Elnur İsmayılov, (17. Şamil Camaləddinov, 68), 5. Samir Yusifov (k), 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, (20. Tural Məmmədli, 90+1), 8. Ruslan Bədəlov, (13. Samir Məsimov, 75), 9. Məqsəd İsayev, (16. Ruslan Nəsirli, 56), 11. Orxan Əliyev (10. Elşən Abdullayev, 82), 19. Azər Salahlı

Ehtiyat oyunçular: 1. Emil Balayev, 18. Əli Əliyev

SANKT-PETERBURQ: 1. Anton Svetkov, 2. İvan Terentyev, 4. Dmitri Çistyakov, (3. Vasili Pinçuk, 80), 5. İlya Kriçmar, 13. Aleksandr Tundenkov, 6. Vitali İvanov, (15. Sergey Mixaylov, 68), 7. İqor Yelin
(17. Artak Zaxaryan, 79), 8. Pavel Lısenkov, (12. Yevgeni Nedoluqa, 68), 9. Pavel Kiriyenko, 10. Dmitri Kartaşov, 11. Vladislav Yefimov

Ehtiyat oyunçular: 16. Ruslan Peletski, 14. Artyom Drojjin, 18. Nikita Smirnov