İran seçim qarşısında: Azərbaycan yığması, yoxsa İordaniya?
05.01.2012 - 11:10
Fevralda Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək Azərbaycan millisinin yoxlama oyununda qüvvəsini sınamaq istədiyi İran yığması seçim qarşısındadır. Apasport.az saytının məlumatına görə, fevralın sonunda eyni məkanda hazırlıq keçəcək Karluş Keyruşun yetirmələri üçün 2 mümkün variant var.
Yoxlama matçını fevralın 23-də keçirmək istəyən İran Futbol Federasiyası AFFA və İordaniyadan olan həmkarlarından aldığı təkliflərdən birini qəbul etməlidir. Belə ki, cənub qonşularımız hər 2 ölkə ilə danışıqlar aparır. Lakin ayın 22-də bir araya gələn yığmamız üçün həmin tarix münasib sayılmır.
AFFA millimizin fevralın 29-da, rəsmi oyunlar üçün FİFA “pəncərəsi”ndə oynamasını istəyir. Lakin İranla həmin gün oynamaq mümkünsüzdür. Çünki cənublular fevralın 29-da DÇ-2014-ün seçmə mərhələsinin qarşılaşmasına çıxacaq. Növbəti seçmə mərhələyə vəsiqəni təmin edən İran Qətərlə ev matçında uduzmamalıdır ki, qrup birincisi olsun. Elə bu matç öncəsi baş tutacaq yoxlama matçı da Qətərlə oyuna hazırlıq xarakteri daşıyır.

0
0