“Xəzər Lənkəran” Malidə futbolçu axtarır
05.01.2012 - 11:46
“Xəzər Lənkəran” Malidə futbolçu axtarır
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər və rəisi Səməd Mustafayev Malinin paytaxtı Bamakoya yollanıblar. Apasport.az saytının xəbərinə görə, səfər müddətində müxtəlif Afrika ölkələrindən olan futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulub. Onlar yanvarın 10-da Azərbaycana dönəcəklər.

Bu səfərlə əlaqədar komandanın hazırlığının ilk mərhələsində bəzi dəyişikliklər edilib. Belə ki, yanvarın 6-da Bakıda toplanacaq “ağ-yaşıllar” 9-dək məşqlərini paytaxtda keçirəcəklər. Bir günlük fasilədən sonra isə komanda Lənkərana yollanıb, hazırlıq prosesini davam etdirəcək.