“Azərbaycanda nadir halda yaxşı futbolçu tapmaq olar”
05.01.2012 - 12:07
Finlandiya yığmasının (U-19) baş məşqçisi Kimmo Lipponen Vladimir Qranatkinin xatirə turnirinin startında 7:0 hesabı ilə məğlub etdikləri Azərbaycan millisinin aşkar zəif rəqib saymır. Apasport.az saytının məlumatına görə, fin çalışdırıcı böyük hesablı qələbəyə rəğmən, komandamıza “yuxarıdan aşağı” baxmır.
Lipponen Finlandiya və Azərbaycan arasında oxşarlıq da tapıb: “Təəssüf ki, bizim kimi kiçik ölkələrdə nadir halda yaxşı futbolçu tapmaq olar. Mən bu yaş komandasında ən yaxşı futbolçuları tapmağa çalışdım. Fikrimcə, buna nail oldum. Ancaq Finlandiyada arzuların komandasını yığmaq mümkün deyil. Hesab etmirəm ki, yetirmələrim Azərbaycan yığmasından bir baş güclü idi. Deməzdim ki, komandalar arasında böyük səviyyə fərqi vardı. Sadəcə, tablodakı hesab bir az artıq oldu. Azərbaycandan fərqli, bizim bir yerdə məşq etmək imkanımız oldu. Təlim-məşq toplanışımız hələ ötən ilin oktyabrın əvvəlində başlayıb”.
Qeyd edək ki, yığmamız finlərlə görüşün 20-ci dəqiqəsindən azlıqda qalmışdı.

0
0