Vəli Qasımov: Sankt-Peterburqdan olan futbolçunu izləyirik
05.01.2012 - 12:12
“Peterburq futbol məktəbinin Azərbaycan kökləri olan yetirmələri yeniyetmələrdən ibarət yığma komandalarımıza dəvət edilirlər. Onlar arasında olan Azər Abbasov ötən il yığmamızın oyunlarına cəlb olunub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
Sankt-Peterburqda Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən komandamızın ikinci rəqibi bu gün Sankt-Peterburqun yığması olacaq.
Qasımov rəqibin heyətində ona tanış futbolçularla görüşə bilər: “Açığı, həmin futbolçulara Qranatkin turnirində Sankt-Peterburq yığmasının heyətində oynamağı təklif edildiyini bilmirəm. Həmin Azər Abbasov yaxşı futbolçudur və biz onu izləyirik. Bundan sonra necə olacağına baxacağıq. İndi bu haqda danışmaq tezdir”.

0
0