Yuri Fomenko: Bizə “Kəpəz”in hazırlığına qatılmaq haqda məlumat veriblər
05.01.2012 - 14:49
Yuri Fomenko: Bizə “Kəpəz”in hazırlığına qatılmaq haqda məlumat veriblər
“Kəpəz” Premyer Liqada çıxışını davam etdirəcək. Bu barədə apasport.az saytına komandanın ukraynalı hücumçusu Yuri Fomenko məlumat verib.

Yaxın günlərdə Gəncəyə qayıdacağını bildirən Fomenkonun sözlərinə görə, futbolçulara qış istirahətini bitirəndən sonra hazırlığa başlayacaqları haqda məlumat verilib: “Bu xəbəri sevinclə qarşıladım. Hər halda, heç bir futbolçu komandasının dağılmasını istəməz. Azərbaycan Premyer Liqasında fasilə yaranandan sonra vətənimə yollanıb, istirahətimi davam etdirirəm. Təəssüf ki, “Kəpəz”in düşərgəsində bir az gec olacağam. Bu da ailə problemlərimlə əlaqədardır. Mən yanvarın 10-dan məşqlərə başlayacağam”.

Qeyd edək ki, cari mövsümdən ölkəmizdə oynayan Fomenko “Kəpəz”in ən məhsuldar futbolçularından biridir.

Mehman SÜLEYMANOV