“Dalğa Arena”dan meymun qəfəsinə
05.01.2012 - 14:57
Azərbaycanla Makedoniya yığmaları arasında son yoldaşlıq görüşünün iştirakçısı olan Veliçe Şumulikoski yeni ili canfəşanlıqla qeyd edib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Sibir” klubunun müdafiəçisinin həddən artıq spirtli içki qəbul etməyi ona meymun qəfəsinə salınmağı bahasına başa gəlib. Belə ki, Veliçeni sakitləşdirə bilməyən polislərin onu meymun saxlanılan yerə göndərməkdən başqa çarələri qalmayıb.
Millidə kapitan sarğısını da daşımış Şumulikoski doğma şəhəri Struqada yaxşıca içdikdən sonra küçəyə çıxıb. Futbolçunun özünə tez tapdığı həmsöhbəti ilə müzakirəsi gərgin keçib və onu davaya təhrik edib. Veliçe güclü alkoqolun təsirindən yoldan keçənin üstünə cumub və vaxtında hadisə yerinə yetişən polis futbolçunu tutaraq, döyülənin həyatını xilas edib. Ancaq bu, yığma üzvünün sakitləşməyinə səbəb olmayıb. Belə ki, Şumulikoski qanun keşikçilərini təhqir etməyə başlayıb, qanında alkoqolun yoxlanılmağı ilə bağlı testdən keçməkdən imtina edib.
Nəhayət, futbolçunu yerli ayıltma məntəqəsinə gətirməklə bağlı dilə gətirmək mümkün olub. Polis işçilərindən birini dediyinə görə, futbolçunu saxlamaq mümkün deyildi və sahə məntəqəsində bütün canlıları, cansızları söyürmüş, alkoqol testindən keçmək istəmirmiş.
Futbolçu xata-baladan uzaq qalmağı üçün meymun damına gizlədilsə də, şou bununla qurtarmır. Belə ki, Veliçe dostuna zəng edəndən sonra polis məntəqəsinin bütün işçilərini qovacağı ilə hədələyib və bunun üçün 100 min avro verməyə hazır olduğunu bildirib. Futbolçunun planına əsasən polislərin işlərindən çıxarılmağından sonra onlarla fiziki cəhətdən hesablaşa bilərmiş. Şumulikoski baş verənləri şərh etməkdən imtina edib.
Qeyd edək ki, Veliçe ötən ilin avqustun 10-da “Dalğa Arena”da millimizə 1:0 hesabı qalib gəldikləri oyunda əsas heyətdə meydana çıxıb.

0
0