Türkiyədən Vəli Qasımova təsəlli
05.01.2012 - 15:19
FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 1994-cü il təvəllüdlülər arasında ənənəvi beynəlxalq turnirdə II tura start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Finlandiyaya 0:7 hesabı ilə uduzan Azərbaycan millisinin (U-19) antirekordu təkrarlanıb.
Belə ki, yetirmələrinin darmadağınına şahid olan Vəli Qasımov Latviya yığmasına baxıb təsəlli tapa bilər. Çünki Baltikyanı ölkə təmsilçisi də 0:7 hesabı ilə uduzub. Baş məşqçimizin Latviya timsalında təsəlli tapmasında isə Türkiyə yığması rol oynayıb. Onlar son 5 turnirdə 7 top fərqilə qələbə qazanan 2-ci komanda olublar.
Qeyd edək ki, 1981-ci ildən keçirilən turnirdə 7 top fərqi Finlandiya – Azərbaycan oyununa kimi sonuncu dəfə 2007-ci ildə qeydə alınmışdı. Həmin vaxt da iştirakçılardan biri Finlandiya olmuşdu. Lakin onda 1989-cu il təvəllüdlülərin yarışı zamanı Ukrayna yığması skandinaviyalıları darmadağın etmişdi – 8:1.

0
0