Çexiya millimizə rəqib oldu
05.01.2012 - 16:41
Çexiya millimizə rəqib oldu
Yanvarın 23-dən fevralın 5-dək Almaniyanın Reqensburq şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan futbol yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, toplanış çərçivəsində yığmamızın 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

Futbolçularımızın rəqibləri “Nürnberq” klubunun U-17 komandası və Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması olacaq.

Mənbə: affa.az