“Özümə yeni komanda axtaracam”
05.01.2012 - 16:44
“Kəpəz” klubunun ukraynalı futbolçusu Yuri Fomenkonun apasport.az saytına müsahibəsi
- Öncə sizi Yeni il münasibətilə təbrik edirik. İşləriniz necədir, Azərbaycana nə vaxt qayıdacaqsınız?
- Təbrikə görə sağ olun. İşlər yaxşılığa doğru gedir. Azərbaycana zəng vurub, komandamızdakı vəziyyətlə maraqlandım. Deyilənə görə, hər şey normaldır. Qayıdırıq (gülür).
- Konkret kiminlə əlaqə saxlamısınız?
- Agentim Vaqif Heydərli ilə. O, komandamızın istirahətdən sonra məşqlərə başlayacağını dedi.
- Nə vaxt qayıdırsınız?
- Mən bir az yubanacağam.
- Niyə?
- Ailə məsələləri ilə əlaqədar. Bəzi problemləri yoluna qoymaq lazımdır və bu səbəbdən icazə almışam. Amma yanvarın 10-da səhər tezdən Gəncədə olacağam. Həmin vaxtdan məşq prosesində iştirak edəcəyəm.
- Bəs digər futbolçularınızın nə vaxt düşərgədə olacağı haqda məlumatınız var?
- Açığı, bu haqda məlumatım olmadığımdan, dəqiq bir şey deyə bilmərəm.
- Komandanızın fəaliyyətini dayandırmağı ilə bağlı xəbəri internetdən öyrəndiniz?
- Bəli. Vətənimdə olduğum müddətdə internetdə bu haqda xəbərə rast gəldim.
- İlk reaksiyanız nə oldu?
- Yalan xəbər olduğunu fikirləşdim.
- Niyə elə düşündünüz?
- Çünki Gəncə kimi böyük şəhər futbolsuz qala bilməz. Azərbaycanda Bakıdan sonra 2-ci böyük şəhər olan Gəncədə futbolu çox sevirlər. Əgər Gəncədə komanda olmazsa, şəhər üçün şok sayılacaq. Fikrimcə, komanda dağılmayacaq, əksinə, çıxışını davam etdirəcək.
- Hər halda, rəhbərlik “Kəpəz”in fəaliyyətini dayandırdığı barədə rəsmi açıqlama vermişdi. Siz klub rəsmiləri ilə əlaqə saxlayıb, vəziyyətlə maraqlanmışdınız?
- Agentimlə mütəmadi əlaqə saxlayıram. Məni inandırdı ki, hər şey normaldır. Hələlik rəhbərliklə danışmadığımdan, məlumatım yoxdur. Fikrimcə, hər şey qaydasında olacaq və biz hazırlığımızı davam etdirəcəyik.
- Birdən komandanın fəaliyyətini davam etdirməyəcəyinin qəti olduğu haqda məlumat alsanız, onda nə edəcəksiniz?
- Özümə yeni komanda axtaracam.
- “Kəpəz”in dağılması haqda xəbər tutandan sonra başqa variantlarla maraqlanmısınızmı?
- Bu işlərlə agentim məşğul olur. Fikrimcə, özümə iş taparam.
- “Kəpəz”də çıxış etdiyiniz 6 ayda maddi vəziyyətiniz necə olub?
- Bu planda hər şey yaxşıdır. Pulumuzu, maaş-mükafatımızı vaxtı-vaxtında almışıq. Bizimlə sona kimi hesablaşıblar.
- Belə çıxır ki, Yeni il qabağı bütün pulunuzu almısınız və “Kəpəz”in sizə borcu qalmayıb?
- Bəli, klubun bizim qarşımızda borcu yoxdur. Vətənimizə getmək ərəfəsində pullarımızı verdilər.
- Baş məşqçiniz Mirbağır İsayevin istefası haqda da vətəninizdə internetdən xəbər tutdunuz?
- Bəli.
- Qısa müddətdə iki baş məşqçiniz istefa verdi. Bu, sizi təəccübləndirmədi?
- Əlbəttə, təəccübləndirdi. Axı necə ola bilər ki, 2 baş məşqçi belə tez istefa versin? Heç bilmirəm, bunu necə izah edim.
- Yeni baş məşqçinizin kimliyi ilə maraqlanmısınız?
- Bəl, səhv etmirəmsə, Fuad İsmayılovdur.
- O, sizə qədər, yəni ötən mövsüm komandanızın baş məşqçisi olub...
- Ola bilər, amma bunu bilmirəm.
- Ölkəmizdə yarım ildəki çıxışınızdan nə dərəcədə razı qaldınız?
- Mənə “Kəpəz”də oynamaq xoşdur. Ümumiyyətlə, Azərbaycanda çıxış etmək maraqlıdır. Başqa ölkə, fərqli çempionat. Belə deyim ki, “Kəpəz”də oynamaqdan razıyam. Sadəcə, daha çox qol vura bilərdim.
- Hər halda, ölkəmizdə debüt mövsümünü keçirən legionerin komandasının bombardiri olmağını yaxşı göstərici saymaq olar...
- Düzdür. Ancaq daha çox qol vurmalı idim. Ancaq eybi yoxdur, belə də olur. Biz bunun üzərində işləyərək, hər şeyi yoluna qoyarıq.
Mehman SÜLEYMANOV

0
0