Baş məşqçi: Araz Abdullayevə baxanda, ümid işığı görünür
05.01.2012 - 17:00
Baş məşqçi: Araz Abdullayevə baxanda, ümid işığı görünür
“Biz yeni futbolçularla işləyirik və yaxşı başa düşürük ki, komandanı qaldırmaq onların üzərinə düşür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Panionios” klubunun baş məşqçisi Apostolos Mantzios deyib.

O, “Everton”dan icarəyə götürülən Azərbaycan millisinin futbolçusu Araz Abdullayevdən razı qaldığını, lakin daha artığına ümid etdiyini açıqlayıb: “Asteras Tripolis”lə qarşılaşmada Kolovos yaxşı oynadı, Abdullayev isə komandamıza hələ yeni qoşulub. Onların hər ikisinin davamlı olaraq, bu tempdə artırmasını istəyirik. Onların hazırlığına baxanda ümid işığı görünür, yeni ilə nikbin baxa bilirik. Hazırda onların üzərində təzyiq və gərginlik var. Bunu tədricən aradan qaldıracağıq”.

Qeyd edək ki, “Asteras Tripolis”lə qarşılaşma Arazın “Panionios”un heyətində ilk rəsmi oyunu olub. 20 yaşlı yarımmüdafiəçi komandasının 2:0 hesabı ilə qalib gəldiyi Superliqa qarşılaşmasının 62-ci dəqiqəsində meydana daxil olub.