Yan Kulemans “Neftçi”nin futbolçusuna göz dikib
05.01.2012 - 17:28
“Neftçi”nin futbolçusu Emil Mpenza karyerasını “Vesterlo” komandasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın transferə çıxardığı 34 yaşlı belçikalı hücumçunun agenti ölkəsinin güclülər dəstəsində mübarizə aparan klubla danışıqlara başlayıb.
Belə ki, hücumçu axtarışında olan “Vesterlo” da təcrübəli Mpenzanın xidmətində maraqlıdır. Belçika futbolunun əfsanələrindən sayılan Yan Kulemans da baş məşqçisi olduğu komandanın yaxşı tanıdığı forvardla güclənməsinin tərəfdarıdır. Emil isə iddialı klublardan təklif almadığı üzündən “Neftçi”yə qayıtmamaq üçün bu variantla kifayətlənməyə məcburdur. Bütün bu amilləri təhlil edən belçikalı həmkarlarımız keçidin böyük ehtimalla gerçəkləşəcəyini iddia edir.
Qeyd edək ki, Mpenza Premyer Liqamızda 31 oyuna 6 qol vurub.

0
0