Nizami Sadıqov istefasının səbəblərini açıqladı
05.01.2012 - 18:15
“Komandadan öz istəyimlə getmişəm. Hansısa problem olmayıb. Sadəcə, ailə vəziyyəti ilə əlaqədar ayrılmalı oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un sabiq məşqçisi Nizami Sadıqov deyib.
Son il yarımda Zaqatala təmsilçisində qapıçılarla işləyən 45 yaşlı çalışdırıcı bildirib ki, klub rəhbərliyi ilə müqaviləsinin pozulmasında razılığa gəliblər: “Simurq”la cari mövsümün sonuna qədər müqaviləm vardı. Rəhbərlikdən anlaşmanın vaxtından əvvəl dayandırılmağını xahiş elədim. Sağ olsunlar, məni başa düşdülər, sözümü yerə salmadılar. Ailəmlə Bakıda qalıram, uşaqlarım paytaxtda təhsil alır. Bakıdan Zaqatalaya yol uzaqdır, hər dəfə gedib-gəlmək çətin olur. Qış fasiləsində getməyə qərar verdim. Komandamızda ötən mövsümlə müqayisədə böyük fərq yoxdur. Keçən mövsüm gənclərlə çalışdırdıqsa, bu il legionerlər də cəlb olunub. Sadəcə, gec yığılmağımız problem yaratdı. Buna baxmayaraq, cari mövsümdəki çıxışımızı uğurlu saymaq olar. Əsas məqsəd “altılığ”a düşməkdir və sona 4 tur qalıb. Xal fərqi böyük olmadığından, “Simurq”a məqsədinə çata bilər”.
Ötən mövsüm makedoniyalı Qyoko Hacıyevskinin köməkçisi olan Sadıqov cari mövsümdə ukraynalı Sergey Yuranın yardımçısı idi. Hər məşqçinin özünəməxsus xüsusiyyətlərinin, iş üslubunun olduğunu qeyd edən keçmiş qapıçı Yuranla problemlərinin olmadığını deyib: “Simurq”dan gedişim reallaşan zaman Yuran Azərbaycanı tərk etmişdi. Qərarımı ona deməyə çalışsam da, mobil telefonuna zəng çatmadı. Məsələni klub rəhbərliyi ilə həll etdim. Yuran da məşqçidir, məni başa düşəcək. Onunla münasibətlərimiz indi də yaxşıdır, işbirliyimizi davam etdirmək istərdim. Ancaq ailə vəziyyətimə görə belə qərar verdim. Yuran yaxşı futbolçu olub, yaxşı da məşqçidir. Futbolçuların psixologiyasını yaxşı bilir, onları psixoloji cəhətdən oyunlara yüksək səviyyədə konsentrasiya edir. Emosionallığına gəlincə, Yuran çılğın futbolçu idi. O, emosiyalarını saxlaya bilmədiyindən, çılğın hərəkətlər edir. Hər bir məşqçinin, insanın özünəməxsus xarakteri var”.
Doğulub boya-başa çatdığı Tovuzda istirahət edən Sadıqov hələ yeni təklif almadığını söyləyib. Onun sözlərinə görə, “Simurq”dan gedişi digər klubda işləmək variantının ortaya çıxmağı ilə bağlı deyil: “Hazırda təklifim yoxdur. Ailəmin yanında olmaq üçün paytaxtda işləməyim daha yaxşıdır. “Turan”a qayıtmağımla bağlı heç bir söz-söhbət yoxdur. Hər yerdə işləyə bilərsən, ancaq gərək təklif ola. “Turan”dakı hazırkı vəziyyət haqda bir şey deyə bilmərəm. Bunu bilmək üçün gərək komandanın içində olasan. Əlbəttə, mən də bir tovuzlu, keçmiş “Turan”lı kimi komandanın son pillədə olmağını, I diviziona düşməyini istəmirəm. Ümid edirəm ki, vəziyyət düzələcək. Yuran tovuzlu olduğumu bilirdi və burada oyunumuz zamanı futbol məktəbi ilə maraqlanmışdı. O, belə qənaətə gəlmişdi ki, Kiyev “Dinamo”su Ukraynada, “Turan” da Azərbaycanda əsas futbol məktəblərindəndir”.
Mehman SÜLEYMANOV

0
0