“İnter” “Minsk”i darmadağın etdi
05.01.2012 - 18:45
“İnter”in U-10 komandası Andrey Likontsevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə uğurla başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Voronej şəhərində keçirilən yarışın ilk 2 turunda həmyerlilərimiz qələbə qazanıblar.
Belə ki, ilk qarşılaşmada Rövşən Babayevin yetirmələri Belarusun “Minsk” komandasına 5:0 hesabı ilə qalib gəlib. Bundan sonra “İnter” yerli “Kristal” (Voronej) klubundan da güclü olduğunu sübut edib və rəqib qapısından 2 cavabsız top keçirib.
Qeyd edək ki, Bakı təmsilçisinin növbəti rəqibləri “Fakel”(Voronej), “Lokomotiv”(Liski) və “Metallurq-Oskol”(St.Oskol) komandaları olacaq.

0
0