Mahir Şükürov: 500-dək toyuğumuz var
05.01.2012 - 19:00
Mahir Şükürov: 500-dək toyuğumuz var
Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürov toyuq ferması açıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin biznes obyekti Sumqayıt Stansiyası adlanan yaşayış məntəqəsində fəaliyyət göstərir. Şükürov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, fermaya hələlik ad vermədiyini söyləyib: “Toyuqları mənə dayım hədiyyə edib. Dayımgil toyuq saxlayır. Belə qərara gəldik ki, ferma açaq. Hazırda 500-dək toyuğumuz var”.


Tanınmış futbolçu bildirib ki, fermanı açmaqda məqsədi toyuq yetişdirmək və satmaqdan ibarətdir. Lakin Şükürov bu işlə özünün yox, etibar etdiyi şəxslərin məşğul olduqlarını əlavə edib.