Vəli Qasımov: Söhbət daha çox sərt məcrada keçdi - MÜSAHİBƏ
06.01.2012 - 00:00
Valeri Qranatkinin xatirə turnirində Sankt-Peterburq yığmasını 2:1 hesabı ilə məğlub etdikdən sonra Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, məşqçi bu qələbənin asan qazanılmadığını bildirib.
- Futbolçular çox əziyyət çəkdilər. Qol imkanımız çox olsa da, meydanda iki bərabər səviyyəli komanda vardı. Açıq oyun getdi. Rəqib qapısına zərbə endirmək üçün daha çox şansımız oldu. Fasilədən sonra futbolçulara dedim ki, rəqibin qapısına tez-tez zərbə endirsinlər. Qələbəyə görə, futbolçularımı təbrik edirəm. Dalbadal 2 gün oyun keçirmək çox ağırdır. İkinci hissədə bizim oyunçular bir qədər yoruldular. Buna görə bir gün əvvəl oynamış bəzi futbolçuları əvəzlədim. Süni meydançada oynamaq bizim üçün çox da çətin deyil. Çünki Azərbaycanda komandalarının bəziləri belə meydançalarda oynayır və məşq edirlər.
- Komandanızda tək Azərbaycanda deyil, Ukrayna, Rusiya və Moldovada çıxış edən futbolçular da oynayır. Bunlar seleksiya işinin nəticəsidir?
- Biz gənc futbolçularımıza yaxşı klublarda oynamağa yardım etməyə çalışırıq. Azərbaycan futbolunun səviyyəsi yüksək olmadığı üçün biz onları daha yaxşı çempionatlarda görmək istəyirik. Əlbəttə, bununla yanaşı, həmçinin MDB ölkələrində gənc futbolçular axtarırıq.
- Finlandiyaya 0:7 hesabı məğlubiyyətdən sonra komandanın üzvləri ilə söhbətiniz oldu?
- Təbii. Daxili müzakirələrimiz oldu. Söhbətimiz yaxşı yox, daha çox sərt məcrada keçdi. Əgər bu gün qələbə qazanmışıqsa, deməli, bunun təsiri olub.
- Bugünkü oyunda hansı müsbət və mənfi cəhətlərinizi qeyd edə bilərsiniz?
- Müsbət odur ki, iki qol vurduq. Bir qol buraxmağımız isə mənfu haldır.

0
0