“Azərbaycan yığmasında o cür nizam-intizam yoxdur”
05.01.2012 - 23:26
“Bu gün biz əsl mübarizənin şahidi olduq. Təəssüf ki, komandalar bərabər səviyyədə deyildi”. Apasport.az saytının xəbərinə görə, bunu Sankt-Peterburqun 18 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vladimir Kazaçenok bildirib.
Bu gün Valeri Qranatkinin xatirəsinə həsr olunan turnirdə Sankt-Peterburq komandası millimizə 1:2 hesabı ilə uduzub.
Kazaçenok qeyd edib ki, matçda az səhv edən komanda qələbə qazanıb: “Elə alındı ki, biz daha çox səhvə yol verdik. Bizim 12 bərabər səviyyəli futbolçumuz var, ehtiyatda oturanlar isə onlara uduzur. Bununla belə, mən futbolçularımdan razıyam”.
Rusların baş məşqçisi onların növbəti rəqibi olan, Azərbaycan millisini ilk turda 7:0 hesabıyla məğlub etmiş Finlandiya komandası haqda da fikirlərini bölüşüb: “Mən müxtəlif səviyyəli Finlandiya milli komandası görmüşəm. Onların hamısını yaxşı hazırlıq və meydandakı güclü nizam-intizam birləşdirib. Bu cür keyfiyyətlər nə bizdə, nə də bizim bugünkü rəqiblərimizdə var”.
Finlandiya və Azərbaycan komandalarıyla bağlı da fikirlərini açıqlayan rusiyalı mütəxəssis deyib: “Həmin oyunda yuxarıda qeyd etdiklərimlə yanaşı, hakimin ciddi səhvini də vurğulamalıyam. Azərbaycanlı futbolçu meydandan qovulmamalıydı. Hesab edirəm ki, belə oyunlara daha yüksək səviyyəli hakimlər dəvət etmək lazımdır”.

0
0