İlin ilk məşqi - FOTO
06.01.2012 - 00:26
Premyer Liqada yaranmış qış fasiləsində futbolçulara istirahət verən “Bakı” klubun təlim-məşq bazasında hazırlıqlara start verib. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında bir araya gələn komanda dünən saat 18:00-da ilin ilk məşqinə çıxdı.
Əsasən, fiziki təmrinlər üzərində qurulan məşq 40 dəqiqə davam etdi. Yüngül qaçışla başlayan məşq fiziki hərəkətlərlə davam etdi.
Qeyd edək ki, komandanın bütün üzvləri düşərgədədir. Zədə səbəbindən əziyyət çəkən İbrahim Karqbo və Elvin Əliyev trenajorda fərdi məşq keçdilər.
Hazırlıqlarını gündə bir məşqlə davam etdirəcək “Bakı” yanvarın 9-da Antalyaya yola düşəcək.

0
0