Milli komandanın kapitanının adı əbədiləşdirildi
06.01.2012 - 09:33
Milli komandanın kapitanının adı əbədiləşdirildi
İspaniya milli komandasının və “Real” klubunun qapıçısı İker Kasilyasın adı əbədiləşdirilib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı qapıçının adı doğulub boya-başa çatdığı şəhərin küçələrindən birinə verilib. Balaca Mostoles şəhərciyində təşkil olunan tədbirdə İdman bulvarı adlanan küçənin adı təntənəli şəkildə dəyişdirilib. Bundan sonra həmin küçə İker Kasilyas bulvarı adlanacaq.

Qeyd edək ki, Kasilyas yığmanın kapitanı kimi 2008-ci ildə Avropa, 2010-cu ildə dünya çempionu olub.