UEFA Türkiyədə danışılmış oyunlarla bağlı bəyanat yaydı
06.01.2012 - 09:45
UEFA Türkiyədə danışılmış oyunlarla bağlı qalmaqal haqda xüsusi bəyanatla çıxış edib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu məsələni aydınlaşdırmaq üçün bir sıra sorğular alandan sonra bəyanat yayıb. UEFA bəyan edir ki, Türkiyə Futbol Federasiyası (TFF) ölkə çempionatındakı danışılmış oyunlarla bağlı tam məsuliyyət daşıyır: “Biz qeyd edirik ki, TFF bütün insidentlərlə bağlı müvafiq tədbirlərin görülməyi və intizam sanksiyalarının tətbiq edilməyinə tam cavabdehdir. UEFA milli assosiasiyaların müstəqilliyinə və sərbəstliyinə hörmət edərək, onların daxili məsələlərinə qarışa bilməz. Biz məsələ ilə bağlı sorğu alanda, məsləhət və kömək rolunu oynaya bilərik. Bu zaman UEFA-nın üzvü olan hər bir ölkənin qərarlarına hörmət ediləcək. Biz yalnız bayrağımız altında keçirilən istənilən turnirdə danışılmış oyun faktı aşkarlanarsa, qarışa bilərik. Bununla belə, UEFA belə məsələlərə ciddi izləyir. Çünki onunla mübarizə bütün səviyyələrdə futbolun gələcəyi üçün birinci dərəcəli əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Türkiyədə ötən mövsüm danışılmış oyunlarla bağlı bir sıra futbol adamları həbs olunub.
Qeyd edək ki, Türkiyədə ötən mövsüm danışılmış oyunlarla bağlı bir sıra futbol adamları həbs olunub.
0
0