Türkiyə klubu Rauf Əliyevlə anlaşdı
06.01.2012 - 10:06
Azərbaycan millisinin futbolçusu Rauf Əliyev karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 22 yaşlı hücumçusu Bank Asiya I Liqada çıxış edən “Göztəpə” klubu ilə anlaşıb.
Türkiyəli həmkarlarımızın yazdığına görə, artıq tərəflər razılığa gəliblər. İzmir təmsilçisinin nümayəndələri hələ ötən ilin mayında Azərbaycana gəlib, Quzanlıda keçirilən “Qarabağ” – “Neftçi” oyununu izləmişdilər. Həmin vaxt Raufu, həmçinin Əfran İsmayılovla Maksim Medvedevi bəyənən türkiyəlilər əvvəlcə Əliyevi heyətinə qatmağa qərar veriblər.
Qeyd edək ki, Rauf Türkiyənin aşağı dəstəsində 2-ci təmsilçimiz olacaq. Onadək cari mövsümdə Amit Quluzadə “Ərciyəsspor”da çıxış edir. Hazırda İzmir təmsilçisi 18 komanda arasında 13-cü yerdədir.

0
0