“Volqa” Vaqif Cavadovun mövqeyinə futbolçu axtarır
06.01.2012 - 10:26
Azərbaycanlı futbolçu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubu qış transfer planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Dmitri Çerışev ilk növbədə cinah yarımmüdafiəçiləri axtaracaqlarını bildirib. Onun sözlərinə görə, artıq indidən baxışa futbolçular çağırırlar: “Əlbəttə, müdafiə xəttinə də bir sıra oyunçular tapmağa çalışacağıq. Ancaq əsas diqqəti cinah yarımmüdafiəçilərinin axtarışına yönəldəcəyik. Hansılar ki, hücum xəttimizdə oyunumuzu gücləndirəcək. Mən qeyd edim ki, komandamızın hücum xəttinin gücləndirilməyi prioritet olaraq qalacaq. Mən deyə bilmərəm ki, biz pasporta baxıb futbolçu axtarırıq. İndi komandamızı gücləndirmək lazımdır. Özü də bunun rusiyalı, yaxud legioner olmağı vacib deyil. Qarşımızda konkret məqsəd var – Premyer Liqada yerimizi qorumaq. Növbəti ildən isə digər vəzifələrin həlli üçün heyəti daha ciddi formalaşdıracağıq. Onu qeyd edim ki, biz çoxlu futbolçularla müqavilə bağlaya bilmərik. Ona görə də futbolçuları cari mövsümün sonuna kimi icarəyə götürmək məsələlərini həll etməyə çalışacağıq”.
Qeyd edək ki, Çerışevin vaxtında, ötən ilin yayında transfer edilən Cavadov “Volqa”da yarımmüdafiənin sol cinahında oynadıldığından, onun mövqeyinə futbolçu axtarıldığını demək olar.
Qeyd edək ki, Çerışevin vaxtında, ötən ilin yayında transfer edilən Cavadov “Volqa”da yarımmüdafiənin sol cinahında oynadıldığından, onun mövqeyinə futbolçu axtarıldığını demək olar.
0
0