Bakıda Nesterenko, Xorvatiyada Kalleja
06.01.2012 - 11:10
Bakıda Nesterenko, Xorvatiyada Kalleja
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) bu mərhələdə mübarizə aparacaq “Bakı” – “Apollon” (Kipr) matçına əsas referi rusiyalı Kirill Nesterenkonu təyin edib.

Yanvarın 11-də baş tutacaq ilk matçda köməkçi hakim funksiyasını Qad Eyzikovits (İsrail) yerinə yetirəcək.

“Çelenc Cup”da digər təmsilçimiz “Lokomotiv”in Xorvatiyada “ZOK Split”lə qarşılaşmasında isə əsas söz sahibi maltalı Antonello Kalleja olacaq. Ona köməkliyi Kristof Lekourt (Fransa) edəcək.

Qeyd edək ki, “ZOK Split” - “Lokomotiv” görüşü də yanvarın 11-də olacaq.