Qvardiola hamını arxada qoydu
06.01.2012 - 11:31
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən yaxşı klub məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun planetin müxtəlif ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələri məlum olub. Səsvermədə 201 xal toplayan İspaniya “Barselona”sının baş məşqçisi Xosep Qvardiola dünyanın ən yaxşı məşqçisi seçilib.
İspaniyanın digər təmsilçisi “Real”ın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 112 xalla 2-ci olub. İngiltərə “Mançester Yunayted” komandasına rəhbərlik edən şotlandiyalı Aleks Ferqyusson isə 107 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, İFFHS-in siyahısında 18 məşqçi yer alıb.

0
0