Elnur Abdulov: Bu rəqəmlər çox şeydən xəbər verir - MÜSAHİBƏ
06.01.2012 - 11:49
“İnter”in gənc futbolçusu Elnur Abdulov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, yarımmüdafiəçi arxada qalan Yeni il bayramından, ötən ilin yekunları və 2012-ci illə bağlı arzuları haqda danışıb.
- Yeni ili necə qarşıladınız?
- Yeni ili ailəmlə birlikdə qarşıladım. Mən bayramları məhz belə keçirməyi xoşlayıram.
- Bu il kiməsə Yeni il hədiyyələri təqdim etdinizmi?
- Bəli, ailə üzvlərimə və yaxın dostlarıma hədiyyələr verdim. Onlar da mənə hədiyyə etdilər.
- Uşaq ikən Yeni il bayramında sizə verilən hansı hədiyyə daha çox yadınızda qalıb?
- Xatırlayıram, Yeni ildə evimizə Şaxta Baba gəlmişdi. O zaman çox balaca idim və bu, mənim üçün əsl Yeni il sürprizi olmuşdu.
- Ötən il sizin üçün necə alındı?
- Hesab edirəm ki, 2011-ci il mənim üçün kifayət qədər uğurlu alındı. Əvəzedici komandada bir neçə il keçirdikdən sonra “İnter”in əsas heyətinə düşməyi bacardım və düşünürəm ki, bu, mənim üçün ötən ildə ən yadda qalan hadisə oldu.
- 2011-ci ili “İnter” üçün uğurlu hesab etmək olarmı?
- Əlbəttə, ilin əvvəlində “Birlik Kuboku”nda əldə etdiyimiz uğuru bayram etdik, ilin ikinci yarısında yaxşı futbol sərgilədik və nəticədə “İnter” ard-arda 15 oyundur məğlub olmur. Bu rəqəmlər çox məramdan xəbər verir.
- 2012-ci ildən nə gözləyirsiniz?
- Qələbələr. “İnter”in çempion olmasını və kubokda uğur qazanmasını çox istəyirəm. Bu il məqsədlərimizə çatacağımıza ümid edirəm.

0
0