“Yarımmüdafiə və ön xətti gücləndirsək pis olmaz”
06.01.2012 - 11:54
“Yarımmüdafiə və ön xətti gücləndirsək pis olmaz”
“Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşmağı müzakirə etmək yox, mövcud durumdan nəticə çıxarmaq vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova məxsusdur.

Vaxtilə Ağdam təmsilçisinin ən yaxşı futbolçularından olan çalışdırıcı klubunun rəsmi saytına verdiyi açıqlamasında “Qarabağ”ın hazırkı durumunu dəyərləndirib: “Ötən mövsümlə müqayisə etsək, hələ heç nəyin itmədiyini görərik. Ona görə də gələcəyə ümidlə baxırıq. Gözlənilməz nəticələrə gəlincə, bunu konkret nə iləsə əlaqələndirmək düzgün olmazdı. Bəlkə də “Qarabağ”ın son zamanlar qazandığı xüsusi nüfuz rəqibləri əlavə motivasiya edir”.

Hüseynovun komandanın problemlərindən də söz açıb: “Bu il bizim əsas problemimiz ev oyunlarından yaxşı yararlana bilməməyimiz oldu. 5 məğlubiyyətin 4-nü doğma divarlar arasında almışıq. Səfərdə cəmi 1 dəfə uduzmuşuq ki, onda da “Neftçi”ni 2:0 udarkən məğlub olmuşuq. Doğma arenada nəticələrimizi yaxşılaşdırsaq, daha yuxarı pillələrdə qərarlaşa bilərik. Təbii ki, futbolçularımızın davamlı oynaması onları yorub. Amma bunu bəhanə kimi istifadə etmək niyyətindən uzağıq”.

O, “Qarabağ”ın gücləndirməli olduğu xətləri də açıqlayıb: “Yeni futbolçulara gəlincə, hər halda heyətin geniş olması seçim imkanını çoxaldır. Ən az qol buraxan 2-ci komandayıq. Son oyunlarda, ümumiyyətlə qol buraxmamışıq. Ona görə də yarımmüdafiə və ön xətti gücləndirsək pis olmaz”.

Qeyd edək ki, “Qarabağ” yanvarın 10-da istirahəti başa vuracaq və ayın 14-ə kimi Bakıda hazırlıq keçəcək.