Yunis Hüseynov: ...“Kəpəz”ə məşq keçməli idim - MÜSAHİBƏ
06.01.2012 - 12:20
Azərbaycan millisinin sabiq kapitanı, Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Futbolçu kimi yetişdiyiniz “Kəpəz” klubunda qeyri-müəyyənlik davam edir. Yayılan xəbərlərə görə, komandanı Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev himayəyə götürəcək və siz artıq de-fakto olaraq, baş məşqçisiniz...
- Deməli, mən bu vaxtadək “Kəpəz”ə Gəncədə məşq keçməli idim. Düzü, bilmirəm, bu söz-söhbətlər haradan qaynaqlanıb. Hazırda Bakıda evdə oturmuşam.
- O barədə söhbət olmayıb?
- Yox.
- Vəliyevlə münasibətiniz necədir?
- Yüksək səviyyədə. Onunla yaxşı münasibətlərimiz həmişə olub, indi də davam edir.
- Belə düşünmək olarmı ki, Vəliyev komandanı himayəyə götürsə, siz baş məşqçi olacaqsınız?
- İddia etmək olmaz. Çünki ortada real bir şey yoxdur. Hadisələrin necə, hansı tərzdə inkişaf etdiyini də bilmirəm.
- Bəs, bu söz-söhbətlər haradan qaynaqlanır?
- Mənim üçün də maraqlıdır. Ümumiyyətlə, son vaxtlar belə bir tendensiya var ki, hansı klubda baş məşqçi postu boşalırsa, mənim namizədliyim irəli sürülür. Amma real heç nə olmur. Namizədliyim müzakirə edilsə də, baş məşqçi başqası olur. Yəqin ki, özünüz də müşahidə etmisiniz...
- Yəqin klublar vakant posta həqiqətən də sizi gətirməyi düşünürlər...
- Hər şey ola bilər. Düzdür, od olmayan yerdən tüstü çıxmır. Amma fakt odur ki, nə od var, nə də tüstü. Ümumiyyətlə, mətbuatda bu səpkili xəbərlər çox gedir. Hiss edirəm ki, jurnalistlər də mənim işsiz qalmağımı istəmirlər. Sağ olun ki, məni hansısa vəzifədə görürsünüz. Yəqin ki, işlədiyim dönəmdə sizin etimadınızı doğrulda bilmişəm. Bu, böyük faktordur.
- “Karvan”dan ayrıldıqdan sonra işsiz qalmısınız. Nəticələri olan baş məşqçi niyə bu qədər məcburən dincəlir?
- Bu sualı özüm özümə çox vermişəm. Zarafat deyil, artıq 2 ildir oturmuşam evdə.
- Həmişə “vaxt gələcək, işləyəcəyəm” demisiniz. Artıq barışırsınız ki, vaxt sizə baxmadan keçir?
- Ümidi üzmək olmaz. Mən həmişə nikbin, gələcəyə baxan adam olmuşam. Hesab edirəm ki, vəziyyət yaxşıya doğru dəyişəcək. Amma vəziyyətdən narahatçılıq hissi keçirdiyimi də deməliyəm. Bu faktdır ki, işləməyən adam bir qədər passivləşir.
- “Kəpəz”in sizin futbolçu karyeranızda xüsusi rolu var. Sizə elə gəlmir ki, hazırda bu komandada heç nə üst səviyyədə deyil?
- Gəlin, mən bu komanda haqqında danışmayım. Çünki klubun daxilində deyiləm. Hansısa məsələyə düzgün yanaşmaya bilərəm. Odur ki, hadisələrin gedişini izləyək.
- Gəncə futbolunun durumu sizi narahat etmir?
- Bu, təkcə məni yox, hamını narahat edir. Gəncədə həmişə yaxşı komanda olub, istedadlı futbolçular yetişib. İstəyirik ki, bu ənənənin davamı gəlsin. Çünki Azərbaycan futbolunun bu tip istedadlara ehtiyacı var. Məncə, bu yolda çalışanlar var.
- İranda işləmək arzusu deyəsən, sizin üçün elə arzu olaraq qalır...
- Düzü, məni onlar dəvət ediblər. Həmişə deyirlər ki, gəl, gəl. Açığını deyim. Bu yaxınlarda yenə İrana getmişdim. Oturub söhbətləşdik. Mənə müqavilə təklif etdilər. Düzü, işləmək üçün getmişdim. Amma özüm də bilmədim ki, necə oldusa, mən bundan imtina etdim. Fikrimdən niyə daşındığımın əsas səbəbini özüm də bilmirəm. Bir şey də var idi ki, onların irəli sürdüyü şərtlər mənə uyğun deyildi. Başqa real dəvət isə olmayıb. Gərək nəsə olsun ki, ondan danışasan. Olmayan məsələdən necə bəhs edəsən. Mən bunu bacarmıram.

0
0