Vəli Qasımov ciddi danışdı, ruslar zarafat saydı
06.01.2012 - 12:42
Vəli Qasımov ciddi danışdı, ruslar zarafat saydı
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov həmkarlarını Rusiyada reklam edib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı çalışdırıcı Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turnirində azərbaycanlı məşqçiləri tərifləyib.

Hər şey Qasımovun 2:1 hesabı ilə qalib gəldiyi Sankt-Peterburq yığmasının baş məşqçisi Vladimir Kazaçenoka verilən sualdan sonra başlayıb. Belə ki, rus həmkarımız həmin çalışdırıcıdan bu şəhərdəki futbol məktəbinin hollandlara verilməyindən sonra nəticənin olub-olmamağını soruşub. Kazaneçok bu suala bir sözlə - “görünür” deyə cavab verib.

Ruslar “Zenit”in strukturunda işləyən bir şəxsdən başqa cavabın gözləməyin çətin olduğunu qeyd etməklə yanaşı, Qasımovun fikirlərinə yer verib: “Azərbaycanlı məşqçiləri dəvət edərdilər. Onda Rusiya futbolunda inkişaf dəqiq müşahidə olunardı”.

Rus həmkarlarımız Qasımovun zarafat etdiyini qeyd etsə də, hər halda, bunu yığmamızın çalışdırıcısının ürəkdən deyilən sözlər kimi qəbul etmək lazımdır.