“Qalatasaray” Dirk Kuytu alır
06.01.2012 - 13:02
“Qalatasaray” Dirk Kuytu alır
“Qalatasaray” “Liverpul”un futbolçusu Dirk Kuytu transfer etməyi planlaşdırır. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim Bom” 33 yaşlı hollandiyalı hücumçunun keçidi üçün 12 milyon avro verməyə hazırdır.

Dirk uzun illər şərəfini qoruduğu “Liverpul”dan qış transfer dövründə getmək istəyir. Bu da onun son vaxtlar komandada lazımı oyun praktikası qazanmamağı ilə bağlıdır. Kuyt həmin problemi arasından qaldırmaq üçün karyerası ilə bağlı digər variantlar axtarır və onlar arasında “Qalatasaray” da var.

Qeyd edək ki, millisinin aparıcı futbolçularından olan Dirk son dünya çempionatının gümüş medalçısıdır.