Rəqibimiz yanvarın 10-da heyəti açıqlayacaq
06.01.2012 - 13:54
Futzal üzrə Avro-2012-nin finla mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının heyəti yanvarın 10-da açıqlanacaq. Apasport.az saytının məlumatına görə, pireneylilərin baş məşqçisi Xorxe Braz 14 nfərlik siyahını mətbuat konfransında elan edəcək. Portuqaliya Futbol Federasiyasının mənzil qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Mərasimdə baş məşqçi ilə yanaşı federasiyanın vitse-prezidenti Umberto Koelyo və baş direktoru Pedro Dias da iştirak edəcək.
Qeyd edək ki, millimiz Portuqaliya ilə fevralın 1-də Bakı vaxtilə saat 00:00-da qarşılaşacaq.
Qeyd edək ki, millimiz Portuqaliya ilə fevralın 1-də Bakı vaxtilə saat 00:00-da qarşılaşacaq.
0
0